Skip to Content

VTP-11 (Virtual Təcrübə Proqramı)

Baku, Azərbaycan

VTP nədir?​

VTP - Gənclərin iş dünyasını daha yaxşı başa düşməsi üçün virtual şəkildə təşkil olunan təcrübə proqramıdır.


Sosial məsuliyyət prinsipindən çıxış edərək 2020-ci ildə "20 gəncin həyatına toxunaq!" şüarı ilə ilk əyani təcrübə proqramımızı həyata keçirdik. 2020-ci ilin ilk yarısında "Covid-19" pandemiyasının qlobal səviyyədə yayılmasından sonra proqramı ənənəvi şəkildə davam etdirmək mümkün olmadı. Pandemiyanı fürsətə çevirərək daha çox gəncin həyatına toxuna bilmək üçün Buta Grup şirkəti olaraq "Virtual Təcrübə Proqramı" layihəsinə start verdik. Belə ki, 2020-ci il 21 oktyabr-21 dekabr tarixləri aralığında ilk "VTP" layihəsini həyata keçirdik. Proqrama olan yüksək tələbat növbəti illərdə də davamlı şəkildə virtual təcrübə proqramları təşkil etməyimizə zərurət yaratdı. Böyük maraqla qarşılanan "VTP'20 Payız", "VTP'21 Yaz", "VTP'21 Yay", "VTP'21 Payız", "VTP'22 Yaz", "VTP'22 Yay", "VTP'22 Qış", "VTP'23 Yay" , "VTP-9 NANO" və "VTP-10 Biznes" proqramlarını təşkil etmiş və proqramı uğurla bitirmiş gəncləri işlə təmin etmişik.



Namizədə tələblər


  •      Son kurs tələbələri və ya yeni məzun olmuş şəxslər
  •      Ünsiyyət qurma bacarığı
  •      Komandada işləmə bacarığı
  •     Daim öyrənmək həvəsi
  •     İş təcrübəsi olmayan namizədlər müraciət etsin.





VTP ilə nələr əldə edəcəksiniz? ​


  •       Proqram müddətində müxtəlif təlimlərdə ödənişsiz iştirak
  • Şirkət rəhbərləri ilə karyera söhbətləri
  • Real iş təcrübəsi   
  • İş və təcrübə imkanları
  • İştirak Sertifikatı


Mükafatlarımız

        1000 AZN


           750 AZN
         500 AZN
250 AZN
             250 AZN
250 AZN

Ən fəal 10 iştirakçı 100 AZN dəyərində Buta Akademi təlimi şansı qazanacaq!